Şərurda evdə yanğın olub – VİDEO

Cəmiyyət


Şərur rayonu, Aşağı Aralıq kəndində yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Dərhal əraziyə Şərur Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunublar.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində fərdi yaşayış evinin dam hissəsində baş vermiş yanğının genişlənməsinə, o cümlədən evin digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 195 kvadratmetr olan evin damının yanar konstruksiyaları 54 kvadratmetr sahədə yanıb.

Yanğın baş vermiş evin qalan hissəsi və yaxınlıqdakı tikili yanğından mühafizə olunub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir