DİN-dən Xırdalanda karantin rejiminin pozulması ilə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

Cəmiyyət Gündəm

Daxili İşlər Nazirliyi (DİN) bu gün Xırdalanda sakinlərin karantin qaydalarına riayət etməməsi ilə bağlı yayılan görüntülərə aydınlıq gətirib.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən DİN Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov bildirib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları mütəmadi olaraq ərazilərdə koronavirusla mübarizə çərçivəsində xidmət aparırlar:
“Bəzi xəbər saytlarında Xırdalan sakinlərinin karantin qaydalarını pozması ilə bağlı xəbər yerləşdirilib. 
Bununla bağlı qeyd etmək istəyirik ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə rayon ərazisindəki parklarda, supermarketlərdə, apteklərdə və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirir.
Sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq, inzibati məsuliyyətə cəlb olunurlar”.
Z.Hüseynov polis əməkdaşları tərəfindən keçirilən reydlər zamanı karantin qaydalarını pozan şəxslər barəsində protokolların tərtib edildiyini də vurğulayıb:
“Həmin parkda da fasiləsiz olaraq polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçularından ibarət naryadlar xidmətə cəlb ediliblər. Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq həmin parkda reydlər keçirilir.
Sonuncu belə reyddə müvafiq icazəsi olmayan, o cümlədən, sosial məsafəni gözləmədən beş nəfərdən artıq toplaşaraq, hərəkət edən 20 nəfər şəxs RPİ-yə gətirilərək, barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir