General qızı Hacı Zeynalabdin Tağıyevlə puluna görə evlənib? – VİDEO

Cəmiyyət


1878-ci ildə Bibiheybətdəki quyuların birində neft fontan vurur. Bu hadisə sonradan Azərbaycan tarixində öz izini qoyan bir şəxsiyyətin varlanmasına gətirib çıxarır. Bu, milyonçu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev idi.

Onun həyatında ilk dönüş nöqtəsi Bibiheybətdəki yataqdan çıxan neft idisə, həyatının digər vacib hadisələrindən biri oğlu Məhəmmədin ölümü idi.

Bu hadisəni milyonçunun qızı Sara xanım belə xatırlayırdı: “Ailəmizdə ən dəhşətli gün qardaşım Məhəmmədin ölüm xəbəri gələndə oldu. Anama demədik. İlk oğlu idi, onu hamıdan çox istəyirdi. 18 yaşı var idi, bir qıza vurulmuşdu. Anam qardaşımı evləndirməyə çox cəhd etdi, Hacı dedi ki, çox cavandır, qoy bərkdən-boşdan çıxsın. Görünür, taleyi belə imiş. Ölməmişdən iki ay əvvəl Məhəmməddən məktub almışdıq. Yazırdı ki, tövlədə başımızın altında yəhərlə yatırıq. Məni Hacının kabinetinə çağırdılar. Bacım Leyla da orada idi. Atam ağlayırdı. Mənə bir teleqram uzatdı. Oxudum: Məhəmməd özünü güllə ilə vurdu”.

H.Z.Tağıyevin ikinci arvadı məşhur general Balakişi bəy Ərəblinskinin qızı Sona xanım idi. Məhz Sona xanımla evlənməklə o, öz oğlu ilə bacanaq olmuşdu.

Belə ki, generalın iki qızından böyüyü Hacının oğlu İsmayılın arvadı idi. Hacı oğlugildə olarkən kiçik bacı Sonanı görüb bəyənmiş və onunla evlənmişdi.

Çoxları bu izdivaca yaxşı baxmırdı. Səbəb Sona xanımın yaşda kiçik olması idi. 1896-cı ildə Hacının 58, Sona xanımın isə 15 yaşı var idi. Buna baxmayaraq, bu, könüllü nikah idi. Bu barədə Sona xanımın məktubunda da qeyd olunur. O məhz həmin məktubda elçiliyin necə olduğunu yazırmış.

Ətraflı Baku TV-nin “Aydın tarix” verilişində:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir