İsmayıllı rayonunda intihar hadisəsi baş verib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, İsmayıllı şəhər sakini 1979-cu il təvəllüdlü Pərviz Nəsir oğlu Əliyev yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib.
Qeyd edək ki, iyunun 24-də Pərviz Əliyevin həyat yoldaşı 1978-ci il təvəllüdlü Şəfa Eynulla qızı Əliyeva şəkər xəstəliyi səbəbindən komaya düşərək İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına gətirilib və orada dünyasını dəyişib. Pərviz Əliyev arvadının ölümünə dözməyərək həmin gün özünə bıçaq xəsarətləri yetirib.
Həkimlərin səyi nəticəsində onun həyatı xilas edilib. O, müalicə olunaraq evə buraxılsa da, bu gün intihar edib.
Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
www.102info.az