Azərbaycanda yeni sığınacaqlar yaradıla bilər

Cəmiyyət


“Ölkədə yeni sığınacaqların yaradılmasına, mövcud sığınacaqların zəruri standartlara çatdırılmasına çalışırıq”.

Oxu.Az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qurumun 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib.

O bildirib ki, hazırda ölkədə dörd QHT tərəfindən yaradılan beş fəal sığınacaq var:

“Lakin bu sığınacaqların imkanları yüksək deyil. Qəbul edilən şəxslərin sayı məhduddur. Biz bu istiqamətdə dəstəyimizi əsirgəmirik. Sığınacağa ehtiyacı olan şəxslərin müvafiq qaydada yerləşdirilməsi üçün yönləndirməyə çalışırıq. Əlbəttə ki regional sığınacaqların olması vacibdir.  Yaxın zamanda yeni sığınacaqların fəaliyyət göstərməsi gözlənilir”.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir