“Nəqliyyatdan, hovuzdan ümumi istifadə zamanı HİV-ə, QİÇS-ə yoluxma qeydə alınmır”.
Oxu.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində sualları cavablandıran Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova bildirib.
O bildirib ki, bu günə qədər bu infeksiyaların yalnız cinsi yolla keçdiyi müşahidə edilib:
“Bununla yanaşı, yalnız hamilə qadınlarda bu virus olarsa, övladlarına da avtomatik keçmə ehtimalı var”.
Könül Cəfərli
www.102info.az