Balakən sakini dirəkdən yıxılaraq ölüb.
Oxu.Az-ın xəbərinə görə, Balakən şəhər sakini, 1961-ci il təvəllüdlü Ömər Şərəfəddin oğlu Ustayev işıq dirəyindən yıxılaraq çoxsaylı sınıq xəsarətləri alıb.
Xəstəxanaya yerləşdirilib, tibbi yardım göstərilsə də, aldığı xəsarətlərdən orada vəfat edib.
Qeyd edək ki, ölən şəxs “Azərişıq” ASC-nin yerli idarəsinin əməkdaşı olub.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az