“Güclü yağış, dolu, sel və daşqınlar aqrar sığortaya marağı və tələbatı kəskin artırıb”
Oxu.Az xəbər verir ki, bununla bağlı Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov məlumat verib.
O bildirib ki, müraciətlər artıb, təəssüflər olsun ki, sığorta müqaviləsi bağlamaq istəməyən təsərrüfatlar zərərlə üzləşəndən sonra quruma müraciət edirlər:
“Lakin artıq baş vermiş hadisədən sonra sığorta müqaviləsi bağlamaq mümkün deyil. Həmin təsərrüfatlar və əkin sahələri növbəti il sığortalanacaq. Baş verənlər ölkəmizdə 2020-ci ildən tətbiq edilən aqrar sığortanın əhəmiyyətini bir daha sübut edib”.
Xatırladaq ki, hazırda aqrar sığorta 41 bitki üzrə 29 riskdən təminat verir. Bura təbiət hadisələri – fırtına, qasırğa, sel, su basmaları, daşqınlar, eləcə də üçüncü şəxslərin hərəkətləri, bitki xəstəlikləri, zərərvericilər və insan faktorundan asılı olmayan müxtəlif hadisələr aiddir.
Fermerlərə dəstək məqsədilə sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir.
Könül Cəfərli
www.102info.az