Yasamalda ikimərtəbəli evdə yanğın olub

Cəmiyyət


Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində ikimərtəbəli evdə yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, ümumi həyət tipli taxta konstruksiyalardan ibarət ikimərtəbəli evin ikinci mərtəbəsində ümumi sahəsi 30 kvadratmetr olan ikiotaqlı mənzilin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 54 kvadratmetr olan üçotaqlı mənzilin arakəsmə divarı dörd kvadratmetr və ümumi sahəsi 25 kvadratmetr olan ikiotaqlı mənzilin plastikdən ibarət giriş qapısı yanıb.

Mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir