Sabah, iyulun 22-də Şuşa şəhərində “IV Sənaye İnqilabı dövründə yeni media” mövzusunda Qlobal Media Forumu keçiriləcək.
“Report”un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, toplantıda ümumilikdə 50 ölkəni təmsil edən 120 media subyekti, rəsmi şəxslər, 250-dən çox qonaq iştirak edəcək.
Açılış mərasimindən sonra forum sessiyalarla davam edəcək.
Sessiyalarda isə medianın gələcəyi – rəqəmsal dövrdə jurnalistika və kommunikasiyada yeni alətlər, mediada investisiya və istehlak tendensiyaları, həmçinin digər mövzular xarici və yerli mütəxəssislərin iştirakı ilə müzakirəyə çıxarılacaq.
Qlobal forum çərçivəsində, eyni zamanda, paralel tədbirlərin – sərgi və təlimlərin də keçirilməsi nəzərdə tutulur.
Forum iyulun 23-ü axşama qədər davam edəcək.
www.102info.az