Bakıda vaxtilə təmizlik üçün nəzərdə tutulan müəssisə hazırda natəmizlik içində itib-batır.
Sözügedən tikili paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsi yaxınlığında fəhlələr üçün tikilmiş hamamdır.
İlkin məlumata görə, betondan tikilən hamam ötən əsrin 30-40-cı illərinə aiddir. Ancaq sakinlərin sözlərinə görə, tikilinin tarixi 1880-90-cı illərə dayanır.
Əvvəllər hamamın qarşısında fəhlələr üçün yeməkxana, yaxınlıqda isə poliklinikanın olduğu da bildirilir.
PhotoStock.Az tikilidən fotolar lentə alıb.
Daha çox foto burada: PhotoStock.Az
www.102info.az