Bakı şəhəri, Suraxanı rayonunda yerləşən “BakuBus” MMC-də yanğın baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə anbarda qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a bildirilib ki, rayonun Zığ şosesi yaxınlığında ümumi sahəsi 2370 kvadratmetr olan avtomobil təmiri mərkəzində sahəsi 168 kv.m olan anbarın yanar konstruksiyaları və içərisində təsərrüfat malları qismən yanıb:
“Yanğına çevik müdaxilə, cəlb edilən qüvvələrin əlaqəli və effektiv idarə edilməsi sayəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, yanğın qısa müddətdə söndürülüb. Tikilinin böyük hissəsi yanğından mühafizə olunub”.
“BakuBus” MMC-dən isə sorğumuza cavab verilməyib.
İlhamə Əbülfət
www.102info.az