Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
FHN-dən verilən xəbərə görə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin Neftçilər küçəsində vətəndaşa məxsus fərdi yaşayış evinin yenidən qurulması zamanı təsdiq olunmuş layihədən kənara çıxılmaqla mansard mərtəbəsinin tikintisinin həyata keçirildiyi müəyyən edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində layihədən kənara çıxılmaqla inşa olunan mansarda mərtəbəsinin tikintisi dayandırılıb və mərtəbə sökülüb.
www.102info.az