Jurnalist Həmid Həmidov “Danışaq?” layihəsinin yeni buraxılışında izləyicilərə daha bir maraqlı videomüsahibə təqdim edib.
Ənənəvi cümə podkastının budəfəki qonağı tanınmış azərbaycanlı aktyor, prodüser, ssenarist Azər Aydəmir olub.
Söhbət zamanı məşhur “Əqrəb mövsümü” serialının ssenaristi və aktyoru olan Azər Aydəmir serialın ərsəyə gəlməsi, süjeti, çəkilişləri, filmlə bağlı səslənən fikirlər və digər məqamlar barədə danışıb. O, həmçinin ssenari müəllifi olduğu “Viktoriya” filminin yaranması və filmdəki rolu ilə bağlı da xatirələrini bölüşüb.
Azər Aydəmir eyni zamanda Azərbaycanda aktyorluq sənəti və perspektivləri ilə bağlı fikirlərini bildirib.
Daha ətraflı videosüjetdə:
www.102info.az