Qlobal Siyasət İnstitutunun rəhbəri: “Xəbərlər və əyləncələr, demək olar ki, eyniləşib”

Cəmiyyət


“Xəbərlər və əyləncələr arasında sərhəd itib, eyniləşmə baş verib”.

“Report”un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Qlobal Siyasət İnstitutunun rəhbəri Paolo fon Şirak Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən panel iclası zamanı deyib.

“İnsanlar artıq nəyə baxdıqlarını bilmirlər. Xəbərlərin getdikcə şou xarakteri alması, xəbərlərin insanlara əyləncə formatında təqdim olunması dezinformasiyaların da yayılmasına səbəb olur. Burada texnologiyada baş verən yeniliklərin də rolu var”, – deyə o bildirib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir