Bakı şəhərində evdən iki qardaşın meyiti tapılıb.
Oxu.Az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə sakinləri – 1968-ci il təvəllüdlü (55 yaş) Həsənov Rəhman Xaliq oğlu və onun qardaşı 1971-ci il təvəllüdlü (52 yaş) Həsənov Əli Xaliq oğlunun üzərində zolakılıq əlamətləri olmayan meyitləri yaşadıqları evdə aşkar edilib.
Onların narkotik aludəçisi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
İlhamə Əbülfət
www.102info.az