Bakının Suraxanı rayonunda ağır qəza olub.
APA xəbər verir ki, hadisə Zığ şossesində qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdlü Ceyhun Zamiq oğlu Gərayov idarə etdiyi avtomobildə sükana nəzarəti itirib. İdarəetmədən çıxan maşın dirəyə çırpılıb.
Hadisə nəticəsində C.Gərayov və onun qardaşı Coşqun Zamiq oğlu Gərayov ölüblər.
İki sərnişin isə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralı sərnişinlər – 2008-ci il təvəllüdlü Vüsal Niyaz oğlu Cəfərov və həmyaşıdı Kənan Emin oğlu Kərəmli Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdiriliblər.
www.102info.az