Balakəndə ikisi yeniyetmə olmaqla üç nəfər qidadan zəhərlənib.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, günorta saatlarında rayonun Hənifə kənd sakini, 2005-ci il təvəllüdlü Məhluqə İsmət qızı Moquşova zəhərlənmə əlamətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət edib.
Müayinə zamanı M.Moquşuvanın balıq yedikdən sonra zəhərləndiyi məlum olub.
Həmçinin Xalatala kənd sakinləri, 2008-ci il təvəllüdlü Elnurə Elnur qızı Yekayeva və 2009-cu il təvəllüdlü Bənövşə Elxan qızı Nurtalayeva da zəhərlənmə əlamətləri ilə Balakən RMX-yə müraciət ediblər.
Yeniyetmə qızların tort yedikdən sonra zəhərləndikləri məlum olub.
Hər üç şəxsə xəstəxanada lazımi tibbi yardım göstərilib.
Həkim müdaxiləsindən sonra vəziyyətləri stabilləşdiyi üçün evə buraxılıblar.
www.102info.az