Bakı Ali Neft məktəbinin altı tələbəsi bp-nin təqaüdünü qazanıb.
Bu barədə məlumatı ali məktəbin rektoru Elmar Qasımov sosial şəbəkə hesabından paylaşıb.
Bildirilib ki, BANM-in neft-qaz mühəndisliyi ixtisasının 3-cü kurs tələbələri Aminə Rəhmanova, Aysel Məmmədova, kimya mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi Nəzrin Fətullalı və proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının 3-cü kurs tələbələri Cəmilə Rzalı, Leyla Quliyeva və Lalə Ələkbərova bp şirkətinin “Gələcəyin istedadlı qadınları” təqaüd (“Future Female Talent Scholarship”) proqramına qəbul olunub və bu proqramın birdəfəlik təqaüdünü qazanıblar.
Beynəlxalq proqram ABŞ, İngiltərə, Sinqapur və Azərbaycanda həyata keçirilir. Üç ay davam edən layihə müddətində tələbələr bp-nin müəssisələrində də olur, praktiki biliklər əldə edir, peşəkar mühəndislərlə görüşürlər.
www.102info.az