Goranboyda ətraf mühitin mühafizəsi tələbləri pozulduğuna görə vəzifəli şəxs cərimələnib – FOTO

Cəmiyyət


Sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması, ətraf mühitin mühafizəsinin təmini məqsədilə Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən növbəti tədbir keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, keçirilən nəzarət tədbiri zamanı rayonun bir neçə kəndində sənaye və məişət tullantılarının qalaqlanması, eləcə də yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub. Aşkar olunmuş faktlarla bağlı həmin kəndlərin bələdiyyə sədrləri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunub və o, inzibati məsuliyyətə cəlb edilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir