Gəncə sakini həyat yoldaşını bıçaqlayıb.
“Report” xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
1983-cü il təvəllüdlü Qadir Vaqif oğlu Qurbanov ailə münaqişəsi zəminində həyat yoldaşı Günay Tahir qızı Babayevanı bıçaqlayıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
www.102info.az