İsmayıllıda ana və övladları qarpızdan zəhərləndilər

Cəmiyyət


İsmayıllı rayonunun Mollaisaqlı kəndində zəhərlənmə hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosunun xəbərinə görə, kənd sakinləri – 1962-ci il təvəllüdlü Solmaz Bayram qızı Ağakişiyeva və övladları – 1996-cı il təvəllüdlü Bəhman Tofiq oğlu Şəhlalı, 1994-cü il təvəllüdlü Lazım Tofiq oğlu Şəhlalının axşam yeməyindən sonra halı pisləşib, onlarda zəhərlənmə əlamətləri müşahidə olunub.

Ana və övladları təcili olaraq İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ailə üzvlərinin qarpızdan zəhərləndiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir