Biləsuvarda bədbəxt hadisə baş verib.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Bəydili kəndində qeydə alınıb.
Kənd sakini, 2014-ci il təvəllüdlü oğlanı elektrik cərəyanı vurub.
Azyaşlı əlindən yanıq xəsarətləri alıb. O, rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az