İyul ayının son həftəsi olmasına baxmayaraq, bölgələrdə kiloqramı 10 qəpiyə satılan xiyarın qiyməti Bakıda “əl yandırır”.
Xezerxeber.az-ın məlumatına görə, pomidorun qiyməti bölgələrdə 40 qəpik, topdan satışda isə 50-60 qəpikdən təklif olunur.
Yemiş 25-30, qarpız isə 50 qəpikdən satılır. Söhbət topdansatış qiymətlərindən gedir.
Maraqlıdır, paytaxt bazarlarında mövsümi tərəvəzlərin qiyməti neçəyədir?
Bazarda hər iki məhsul çox olsa da, alıcı qıtlığı yaşanır. Satıcılar bunu yay fəslində insanların istirahətə getməsi ilə əlaqələndirirlər.
Alıcılardan isə qiymətdən razı olanı da, narazı qalanı da var.
Qiymətin ilin bu fəslində bu qədər baha olmasına gəlincə, satıcılar bunu yerli məhsullara xarici bazarlarda daha çox tələbat olması ilə əlaqələndirirlər.
Satıcılar qeyd ediblər ki, Rusiya bazarlarına yerli məhsulların satışı paytaxt bazarlarında qiymətlərin enməsinə imkan vermir.
Daha ətraflı süjetdə:
www.102info.az