Qəbələ şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2016-cı il təvəllüdlü S.Abdulkərimov xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməyi ilə Qəbələ Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qapalı-kəllə beyin travması diaqnozu qoyulub.
S.Abdulkərimovun vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə gətirilib.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az