İsmayıllıda avtomobillər toqquşub, xəsarət alanlar var

Cəmiyyət


İsmayıllıda xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, İsmayıllı şəhərində 10-HB-713 dövlət nömrə nişanlı VAZ-2106 və 10-SV-279 dövlət nömrə nişanlı VAZ-2109 markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Yaralılar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir