İsmayıllı şəhərində bazarın yaxınlığında başlayan yanğın söndürüldü – YENİLƏNİB + FOTO/VİDEO

Cəmiyyət


İsmayıllı şəhərinin mərkəzində, bazarın yaxınlığında başlayan güclü yanğın söndürülüb. 

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, İsmayıllı şəhəri, Cavanşir küçəsində baş verən yanğın, havanın küləkli olmasına baxmayaraq, yanğından mühafizə bölmələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

13:27

İsmayıllı şəhərində böyük ərazidə yanğın başlayıb.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində, şəhər bazarının yaxınlığındakı fərdi yaşayış evində başlayan yanğın qısa zaman ərzində böyük əraziyə sıçrayıb.

Məlumata görə, hazırda iki ev və üç mağaza yanır.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin üç avtomobili və canlı qüvvəsi cəlb olunub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir