Cəbrayılda ər-arvad qəzaya düşüblər, qadının boynu sınıb

Cəmiyyət


Cəbrayıl rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsinə 1974-cu il təvəllüdlü Vidadi Cama oğlu Xudiyev və onun həyat yoldaşı, 1976-ci il təvəllüdlü Pərvanə Əhməd qızı Xudiyeva xəsarət alıblar.

Yaralılar Bakıda yerləşən xəstəxanalardan birinə gətiriliblər.

Müayinə zamanı Pərvanə Xudiyevaya boyun fəqərə sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir