Azərbaycanda son həftədə 21 nəfər COVID-19-a yoluxub, bir nəfər vəfat edib – FOTO

Cəmiyyət


Azərbaycanda son həftədə koronavirus (COVID-19) infeksiyasına 21 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlardan bir nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 832 004 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 690 nəfər müalicə olunaraq sağalıb, hazırda 25 aktiv xəstə var. Bu günə qədər 10 289 nəfər vəfat edib.

Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 447, bu günə qədər isə ümumilikdə 7 658 752 test icra olunub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir