Abşeron rayonu Xırdalan şəhərində yaşayan və yaddaş problemi olan 68 yaşlı Fəqan Daşdəmirov itkin düşüb.
Bu barədə “Qafqazinfo”ya onun yaxınları məlumat veriblər.
Bildirilib ki, F.Daşdəmirov iyulun 24-ü günorta saatlarında Xırdalan şəhərinin Quşçuluq massivi, Hacı Zeynalabdin Tağıyev küçəsindəki evdən çıxıb və geri qayıtmayıb.
Onun üzərində göy köynək və idman şalvarı olub.
Xəstəliyi ilə əlaqədar heç kimi tanımayan və ünvanları yadında saxlaya bilməyən şəxsi görənlərdən dərhal polisə məlumat vermələri və ya (055) 270-17-47 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.


www.102info.az