Sürücü magistral yolda ayağını pəncərədən çıxarıb avtomobil idarə etdi – VİDEO

Cəmiyyət


Ötən gün Ələt-Astara magistral yolunda təhlükəli anlar qeydə alınıb.

Bu barədə məlumat Baku.ws-in “qaynar xətti”nə daxil olub.

Görüntülərdən aydın olur ki, 99-CE-853 nömrə nişanlı “Ford Tranzit” markalı avtomobilin sürücüsü ayağını pəncərədən çıxararaq və təhlükəsizlik kəmərindən istifadə etməyərək maşını idarə edib.

Hadisə ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ilə əlaqə saxladıq.

İdarənin ictimai qurumlarla əlaqə şöbəsinin inspektoru, polis kapitanı Toğrul Nəsirli bildirib ki, görüntülər aidiyyəti üzrə yönləndirilib. Araşdırmanın nəticələri barədə məlumat veriləcək.

Sözügedən görüntüləri təqdim edirik:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir