Azərbaycanda bəy öz toyunda gəlinin keçmiş sevgilisini bıçaqladı – YENİLƏNİB + VİDEO

Cəmiyyət


Qax rayonunda bəy qız toyunda nişanlısının keçmiş sevgilisini bıçaqlayıb.

Hadisə toyun keçirildiyi şadlıq evinin yaxınlığında baş verib.

Qax rayon sakini 25 yaşlı Yamən Şıxəmirli Gədəbəy rayon sakini 21 yaşlı Ariz Əhmədov tərəfindən bıçaqlanıb.

Bıçaqlanan Yamən Şıxəmirlinin əmisi iddia edir ki, hansısa yazıya görə bəy onun qardaşı oğluna xəsarətlər yetirib.

Həmin ərazidə bıçaqlanan Yamən Şıxəmirli kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olub və əməliyyat olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Yamən Şıxəmirliyə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Ariz Əhmədov polis tərəfindən saxlanılıb.

Məlumatına görə, Ariz Əhmədov və Yamən Şıxəmirli Vətən müharibəsinin iştirakçıları olub.

Daha ətraflı Baku TV-nin süjetində:

11:40

Qaxda bıçaqlanma hadisəsi olub. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Qax rayon sakini, 1998-ci il təvəllüdlü Yamən Şıxəmirlinin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə polisə məlumat daxil olub.

Y.Şıxəmirliyə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Gədəbəy rayon sakini, 2002-ci il təvəllüdlü Ariz Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Qax şəhərində yerləşən şadlıq saraylarının birində keçirilən toy mərasimində baş verib.

2002-ci il təvəllüdlü Ariz Əhmədov hadisəni öz toyu zamanı törədib. Y.Şıxəmirli həmin toyda qonaq qismində çıxış edib. A.Əhmədov hadisəni qısqanclıq zəminində törədib.

Samir İsayev

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir