2023-cü il yanvar ayının 1-nə Azərbaycanda hüquqi şəxslərin banklarda olan depozitlərinin həcmi 22 milyard 279 milyon manata bərabər olub.
APA xəbər verir ki, 2023-cü il iyul ayının 1-nə şirkətlərin banklarda olan depozitlərinin həcmi 13,8% və ya 2 milyard 695,4 milyon manat azalaraq 19 milyard 584,2 milyon manata enib.
Qeyd edək ki, hesabat dövründə sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitlərinin həcmi ilin əvvəli ilə müqayisədə 6,3% və ya 16,3 milyon manat artaraq 276,3 milyon manat təşkil edib.
www.102info.az