Abşeron rayonunda parkda işıq dirəklərinə elektrik enerjisinin verilməsi bərpa edilib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib.
Qurumdan qeyd edilib ki, Xırdalan şəhərində yerləşən “Misir” parkında işıq dirəkləri təmir olunub.
Artıq parka elektrik cərəyanı verilib.
Qeyd edək ki, ərazidə yaşayan sakinlər bir neçə gün əvvəl şikayət edərək isti yay günlərində parkda istirahət etmək istəsələr də, göz-gözü görmədiklərini bildiriblər.




www.102info.az