Zaqatalada velosiped sürən azyaşlını avtomobil vurub

Cəmiyyət


Zaqatalada 5 yaşlı uşağı avtomobil vurub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Zaqatala şəhəri ərazisindəki avtoyuma sexlərindən birinin qarşısında baş verib. Maşın sexdə yuyulub qurtardıqdan sonra arxaya hərəkət edərkən bu zaman ərazidə velosiped sürən 2018-ci il təvəllüdlü, Sərxan Ləmyaz oğlu Bayramovu vurub. Qəzadan sonra müxtəlif dərəcəli bədən xəsarətləri alan 5 yaşlı S.Bayramov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. S.Bayramov xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Gəncə şəhərindəki xəstəxanalardan birinə göndərilib. S.Bayramovun hərbçi övladı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir