Ağstafada qaynaq aparatı partladı: Xəsarət alan var

Cəmiyyət


Ağstafada bədbəxt hadisə baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Eynallı kəndində qeydə alınıb.

Kənd sakini, 1971-ci il təvəllüdlü Qabil İmamverdiyev bədənin üçüncü, dördüncü dərəcəli yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstəyə tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, Qabil İmamverdiyev yaşadığı evdə çardaq düzəldən zaman qaynaq aparatı partlayıb.

Nəticədə onun ayağının biri qopub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir