“Azərikimya”ya yeni baş direktor təyin edilib

Cəmiyyət


Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyinə yeni baş direktor təyin edilib.

Bu barədə SOCAR məlumat yayıb.

Bildirilib ki, yeni direktor Elnur Məmmədlidir.

O, 17 ildən artıqdır ki, SOCAR-ın müəssisələrində çalışır, son yeddi ildə isə “SOCAR Türkiyə” şirkətində müxtəlif rəhbər vəzifələrdə işləyib və yeni vəzifəsində ekologiya və təbii sərvətlər naziri təyin olunmuş Muxtar Babayevi əvəz edib.

Xatırladaq ki, “Azərikimya”nın strukturuna Etilen-Polietilen zavodu (“EP-300”, “Polimir-120” istehsalatlarından, izopropil spirti istehsalı sahəsindən, Buxar və elektrik enerjisi istehsalatından ibarət) və Təmir-Tikinti İdarəsi daxildir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir