Yeni tədris ilində peşə təhsili sahəsi üzrə ən çox plan yeri ayrılan ixtisaslar açıqlanıb

Cəmiyyət


“Peşə təhsili müəssisələrinə qəbulda 30 balı keçənlər növbəti mərhələyə çağırılacaqlar”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsini müvəqqəti icra edən Ceyhun Kərəmov bu gün keçirilən brifinqdə deyib. O qeyd edib ki, yeni tədris ilində peşə təhsili sahəsi üzrə ən çox plan yeri ayrılan ixtisaslar da məlumdur:

“İlk sırada keçən il olduğu kimi aşpaz və dərzi peşələri dayanır. Yeni tədris ilindən yüksək texniki peşə sahəsi üzrə iki yeni ixtisas – kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, kənd təsərrüfatı və inşaat texnikasının istismarı, texniki peşə sahəsi üzrə isə üç yeni ixtisas – rabitə quraşdırıcısı kabeli, kombi və kondisioner ustası, eləcə də unüyütmə istehsalının aparatçısı tədris olunacaq”.

Aysel Aslan

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir