Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə rayonun Səfikürd kədinin yaxınlığında qeydə alınıb.
Hərəkətdə olan “QAZ -3110” markalı minik maşını yoldan çıxaraq aşıb.
Qəza zamanı 1988-ci il təvəlüdlü Elnur Mamedov və 1984-cü il təvəllüdlü Ruslan Cənnətov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin kafi olduğu bildirilir.
İlkin ehtimallara görə, qəzaya səbəb maşının təkərinin partlaması olub.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az