Goranboyda küləkli hava səbəbindən bir neçə kənd işıqsız qaldı

Cəmiyyət


Goranboy rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

“Report”un məlumatına görə, axşam saatlarından başlayaraq əsən güclü külək səbəbindən Goranboy rayonunun Boluslu, Məşədiqaralar, Eyvazlılar və digər kəndlərinə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Güclü külək səbəbindən Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində sürücülərin avtomobillərini idarə etməsi qismən çətinləşib.

Hava şəraiti səbəbindən başqa fəsadların olub-olmadığı aidiyyəti qurumlar və idarələr tərəfindən araşdırılır.

Qeyd edək ki, küləkli hava şəraiti Gəncə şəhərində və yaxın rayonlarda da müşahidə olunur.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir