Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir.
Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən bildirilib.
Müsabiqənin elektron sənəd qəbulu mərhələsi 31 iyul – 7 avqust tarixlərini əhatə edəcək.
Müsabiqədə iştirak etmək istəyən namizədlər 31 iyul saat 11:00-dan 7 avqust saat 11:00-dək
Qeyd edək ki, müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə ilk növbədə dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslər buraxılacaq.
www.102info.az