Gəncədə minik avtomobili yük maşını ilə toqquşdu – FOTO

Cəmiyyət


Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Gəncə-Göygöl avtomobil yolunun birinci kilometrində qeydə alınıb.

Hərəkətdə olan “Mitsubishi” markalı minik avtomobili ilə 10-GS-372 dövlət nömrə nişanlı, “QAZEL” markalı yük maşını toqquşub.

Qəza zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az