Cəlilabad rayonunda tarixi qoç fiquru aşkar edilib.
“Report”un Muğan bürosunun məlumatına görə, tapıntı rayonun Şatırlı kəndi ərazisində aşkar olunub.
Yerli tarixçi Elşad Əmənov bu qoç fiqurunun xüsusi əhəmiyyətə malik olduğunu bildirib. O, bu qoç fiqurunun təqribən 12-13-cü əsrlərə aid olunduğunu söyləyib.
Tarixçi qeyd edib ki, aşkar olunan maddi-mədəniyyət nümunəsi Baharlı tayfalarına aid qoç fiqurudur. “Bu tapıntını digər qoç fiqurlarından fərqləndirən odur ki, üzərində tayfa nişanı var və belə tapıntı ölkəmizdə yeganədir”, – deyə E.Əmənov əlavə edib.
www.102info.az