Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Media və Kommunikasiya şöbəsinin müdiri Vamiq Nəsirov işindən ayrılıb.
Oxu.Az xəbər verir ki, bu barədə o, özünün sosial şəbəkə hesabında paylaşım edib.
Bundan sonra Vamiq Nəsirov əmək fəaliyyətini Dövlət Məşğulluq Agentliyində davam etdirəcək. O, Dövlət Məşğulluq Agentliyində şöbə müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, 2005-ci ildə ANS TV-də jurnalist kimi fəaliyyətə başlayan Vamiq Nəsirov 2007-ci ildən “Xəzər TV”də “Xəbərlər”, “Xəzər aktual” verilişlərinin aparıcısı, eləcə də, “Gündəm”, “32-ci gün”, “Tarixdə o gün”, “İcra vaxtı” verilişlərinin müəllifi və aparıcısı olub. Vamiq Nəsirov “Zirvəyə doğru” və “Sadiq dost” sənədli filmlərinin müəllifidir. O, 2020-ci il iyulun 1-dən AMADA-nın Media və Kommunikasiya şöbəsinin müdiri olub.
Vamiq Nəsirov 2016-cı il noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasının televiziya və radio işçilərinin təltif edilməsi haqqında” Sərəncamına əsasən, televiziya və radionun inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub, 2020-2021-ci illərdə idman sahəsində ilin mətbuat katibi adına layiq görülüb.
Könül Cəfərli
www.102info.az