Çimərlikdən motosiklet qaçıran şəxs saxlandı

Cəmiyyət


İyulun 30-da saat 23 radələrində Novxanı çimərliyində Bakı şəhər sakini R.Həsənova məxsus “Nama” markalı motosikletin qaçırılması barədə polisə məlumat daxil olub. 

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Anar Həsənov motosikletlə saxlanılıb. 

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

www.102info.az