AQTA-dan qida subyektlərinə dəvət və məsuliyyət xəbərdarlığı

Cəmiyyət


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində fəaliyyət göstərən qida subyektlərinə müraciət edib.

Agentlikdən verilən məlumata görə, müraciətdə bildirilib ki, “Qida təhlükəsizliyi haqqında” Qanuna əsasən, qida subyektlərinin qida məhsulları ilə bilavasitə təmasda olan əməkdaşları gigiyenik təlimlərə cəlb olunmalıdırlar.

Təlimlərin keçirilməsində əsas məqsəd qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin əməkdaşlarına müəssisələrin fəaliyyətinin sanitariya-gigiyena qaydalarının tələbləri çərçivəsində təşkil olunması üçün zəruri məlumatlar verməkdən ibarətdir.

Bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu qida subyektlərinin əməkdaşları üçün gigiyenik təlimlər təşkil edir. Təlimdə iştirakla bağlı qida subyektləri (012) 377-00-20 (daxili: 483) nömrə ilə əlaqə saxlayaraq əlavə məlumat əldə edə bilərlər.

Bildirilir ki, əməkdaşlarının gigiyenik təlimlərdə iştirakını təmin etməyən sahibkarlıq subyektləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqlar.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir