Qırmızı Xaç

Cəmiyyət


Kubra Məhərrəmova yazır…

Çox zaman İblis mələk cildində olur. Çünki onun əsas məqsədi aldatmaqdır. Bunu demək üçün kifayət qədər əsasım var. Bu iblis bəzən dini, bəzən humanist fikir və düşüncələrlə aramıza sızır. 

Hər ikisini özündə ehtiva edənlər də az deyil. Bunlar təşkilatlanmış, kifayət qədər dəqiq idarə olunan qurum və icmalardır. 
Düzdür onları ifşa etmək üçün müəyyən zaman tələb olunur, amma yenə də. 

44 günlük Vətən müharibəsindən sonra açığı nəinki düşmənin, həm də bizim gözümüz açıldı. Kimin kim olduğunu az da olsa anlamağa çalışdıq. İblisi də tanıdıq. 

Bütün dünyada müharibə və silahlı münaqişələr zamanı özünü “ortaya” atan bir humanitar təşkilat var ki, açığı onun fəaliyyəti mənim üçün kifayət qədər şübhəlidir. 

Çünki bu yeganə təşkilatdır ki, “ağ bayrağı”nı avtomobillərinə taxaraq istədiyi yerə girib-çıxa bilir. Özü də dünyanın hər yerində. Suriya, Əfqanıstan, İraq, Ukrayna, Rusiya və s. kimi ən qaynar nöqtələrə qədər girib-çıxa bilirlər. Girib-çıxdığı zaman isə nəyi və kimi necə istəsə elə də aparıb-gətirə bilmək imkanı bu təşkilatın fəaliyyətində daha çox əsaslı şübhələr yaradır. Orqan mafiyasımı, meyit alverçisimi, qanunsuz insan alverimi, silah-sursat kuryerliyimi, narkotik trafikimi, nə desən mümkündür… Məsələn, tələb olunan bir adama yuxugətirici bir iynə vurub, avtomobilə xəstə kimi yatırıb, qaçırmaq mümkün deyil ki? Təbii ki, mümkündür. Yaxşı, bəs bunu yoxlayan bir sistem varmı? 

Gəlin bir az əvvələ qayıdaq. Yəqin ki, bu ifadələrdən söhbətin nədən getdiyinin fərqinə vardınız. Söhbət Beynəlxalq Qırmızı Xaç Komitəsindən gedir. Zənn edirəm ki, dünyada onun simvolunu tanımayan adam yoxdur. Ağ fonda qırmızı xaç.

Bu simvol özlüyündə yardım, kömək, həyatı xilas etmək mesajını versə də, həqiqətdə isə bu komitənin qaranlıq tərəflərinin olmasını ortaya çıxarır.  

Heç kimə sirr deyil ki, Azərbaycan ilk dəfə bu təşkilatla 90-cı illərin əvvəlində Qarabağda başlayan müharibə zamanı tanış oldu. Erməni vəhşiliyi nəticəsində itkin düşmüş, əsir götürülmüş, əzablara düçar olunmuş, ermənilər tərəfindən diri-diri yandırılan, əzaları kəsilən, kor edilən, seksual təcavüzə məruz qalan azərbaycanlıların xilası üçün guya buralara gəlmişdilər. 

Amma əslində onların amalı heç də xilas deyildi. 

O illərin şahidləri danışır ki, Qırmızı Xaç beş-on erməni əsirə bir-iki azərbaycanlı əsir qaytarırdı. Bu necə də maraqlı alver predmetidir belə… Yüzlərlə azərbaycanlı əsirin orqanları çıxarılıb satıldı, doğulan körpələr üzərində tibbi eksperimentlər keçirildi, komitə bir zibil yedimi? Əsla yox! 

Mən adım kimi əminəm ki, Qarabağ müharibəsi dövründə Qırmızı Xaç Komitəsi özü də ermənilərlə birgə insan orqanları alverində əlbir olaraq, yaxşı qazanc əldə edib. 

Niyə bu qədər əminəm? Çünki Komitənin hələ II Dünya Müharibəsi zamanında alman nasistləri ilə müttəfiq olmaları, yəhudilərə qarşı edilən soyqırımına göz yumması, yəhudi əsirlərin ölüm düşərgələrində dözülməz əzablara düçar olunması barədə susmaları, yəhudi əsirlərə ümumiyyətlə yardım etməməsi, daha sonra isə alman nasistlərinin müharibədən sonra cəzadan qaçmaları üçün saxta sənədlərlə onların başqa ölkələrə qaçırılması barədə tarixi faktlar var. Bu faktlar dünyanın bir sıra arxivlərində saxlanılır. Bəli, Qırmızı Xaç Komitəsi nasist cinayətkarların məhkəmə qarşısına çıxarılmaması və həyatlarını şad-xürrəm başqa ölkələrdə, saxta sənədlərlə başa vurması üçün əlindən gələni edib. Özü də bu nasistlər orta səviyyəli deyil, yüksək səviyyəli məmurlar idi…

Ən maraqlılarından biri İsveçrə yəhudi diasporu tərəfindən nəşr olunan, Sürixin həftəlik “İsraelitsche Wochenblatte” nəşrində yer alıb. Jurnalistlərin əlinə keçən məxfi sənədlər gizli qalmalı idi. Amma sənəd və faktlar qəzetin bu məlumatı yaymasına əsas verdi. Belə ki, 1949-cu il mayın 21-də Qırmızı Xaç Komitəsi insanlar (oxu: yəhudilər) üzərində genetik və digər tibbi təcrübələr aparan Osvensum nasist düşərgəsinin baş həkimi Jozef Mengeleyə (məhbuslar ona “ölüm mələyi” deyirdilər) yeni və saxta sənədlər verərək onun ölkədən qaçmasına yardım edib. 

İlk ifşadan sonra Qırmızı Xaçın digər cinayətləri üzə çıxdı. İsveçrənin “Facts” nəşri onlarla yüksək vəzifəli nasist məmurlarının Almaniyadan qaçmasına yardım etmələri barədə sənədləri nəşr etdi. Onlar arasında həbs düşərgələrində konvoyların təşkilatçısı Adolf Eyhman, Liondakı Gestapo (Alman Dövlət Gizli Polisi – “Geheime Staatspolizei”) rəhbəri Klaus Barbie və İtaliyada 335 girovun edamında əlbir olmaqda təqsirli tanınan Erik Pribke kimi canilər var. Daha sonra Erix Müller (Jozef Gobbelsin tabeliyində işləyən) və nasist rejimi altında evtanaziya proqramına cavabdeh olan Gerhard Bonetin də adı araşdırmalar əsasında ortaya çıxdı. 

Bu adlar insanlıq adına törədilən ən böyük cinayətin əsas müəllifləridir. Bu kəslər insanları sadəcə yəhudi olduqları üçün məhv edərkən Qırmızı Xaç Komitəsi nəinki buna göz yumdu, üstəlik daha sonra onların xilası üçün əlindən gələni etdi. 

Onlarla, yüzlərlə nasistlərin Almaniyanı tərk etməsində yardım etdilər. Aydın məsələdir ki, komitə bunu heç kimin ala gözünə görə etməyib. Siyahıda da biz yüksək səviyyəli məmurların adlarını görür və anlayırıq ki, komitə gördüyü işin qarşısında qonorar alıb. 
Çünki bu vəhşiliyə başqa ad qoymaq mümkün deyil. 

İkinci Dünya Müharibəsindən sonra aparılan bir sıra müstəqil araşdırmalar onu deməyə əsas verir ki, hələ 1942-ci ildə, ölüm düşərgələri və ölüm maşınlarının milyonlarla insanı ət maşınından keçirəndə BQXK rəhbərliyinin bu barədə geniş məlumatı olub. 

Dünyanın bir sıra nüfuzlu nəşrlərinin ortaya qoyduğu faktlardan sonra Beynəlxalq Qızıl Xaç Komitəsi etiraf etdi ki, İkinci Dünya Müharibəsindən sonra onlar bir sıra yüksək rütbəli nasistlərə (o cümlədən Adolf Eyhman, Klaus Barbie, Erik Priebke, Jozef Mengele və digərlərinə) Latın Amerikasına qaçmağa imkan verən sənədləri veriblər. Bu şəxslər isə daha sonra elə həmin sənədlərlə Avropanı ziyarət ediblər.

Sadəcə sual yaranır, bu məbləğ nə qədər böyük olub ki, Qırmızı Xaç bu işə əl qoyub? Və ya nasistlərlə birgə nə işi olub ki, daha sonra öz müttəfiqlərinin qaçmasına şərait yaradıb?

Bütün bu işləri də “ağ bayraqlı qırmızı xaç” simvolu altında. Xaç axı həm də İsa Məsihin çarmıxa çəkilməsi simvoludur. 

Deməli İblis bu dəfə İsa Məsihin özünü qurban verməsi şəkilində zühur etdi. 

Bütün bu və xeyli sayda sübut və faktlardan sonra bu təşkilatın 90-cı illərdə gücsüz, kimsəsiz, müharibə, terror və aclıq içində olan Azərbaycanın ərazisində etdiklərini təsəvvür etmək çətin deyil.

Yuxarıda sadaladığım faktlardan sonra Qırmızı Xaç-a tam əminliklə Qırmızı terror deməyə əsasımız yaranır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir