Ekvador və Nikaraqua mətbuatında Qafqaz-İberoamerika Düşüncə Mərkəzi haqqında məlumat verilib.
Bu barədə Oxu.Az-a Qafqaz-İberoamerika Düşüncə Mərkəzinin sədri, ispandilli ölkələr üzrə ekspert Mahir Qurbanov məlumat verib.
O bildirib ki, Ekvadorun “ElVanguartistaonline” və Nikaraquanın “TN8” televiziyasında düşüncə mərkəzi haqqında geniş məlumatlar yer alıb.
Süjetdə, əsasən, mərkəzin fəaliyyət istiqamətləri və ispandilli ölkələrlə olan əməkdaşlıq haqqında, o cümlədən Qafqaz-İberoamerika Düşüncə Mərkəzinin həyata keçirdiyi layihələr haqqında danışılıb.
www.102info.az