Bərdədə Yuxarı Qarabağ kanalında yarılma olub, iki kəndin ərazisini su basıb – FOTO

Cəmiyyət


Yuxarı Qarabağ kanalının Bərdə rayon ərazisindən keçən hissəsində yarılma baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə kanalın Ərəblər və Qaraqoyunlu kəndləri ərazisindən keçən hissəsində baş verib.

Kanaldan təzyiqlə keçən su həmin kəndlərin bir hissəsinə dolub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) isə bildirilib ki, Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin bir hissəsinin uçması nəticəsində ətraf ərazilərin subasmaya məruz qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Qarabağ və Gəncə Regional mərkəzləri, Dövlət Yanğından Mühafizə Xidməti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri zəruri təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə dərhal əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Hazırda su basmasının qarşısının alınması üçün müvafiq işlər aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir