Ucarda sürücü piyadanı vuraraq öldürdü

Cəmiyyət


Ucarda piyadanı avtomobil vuraraq öldürüb.

APA-nın xəbərinə görə, hadisə axşam saatlarında rayonun Bərgüşad-Qazyan kənd yolunda qeydə alınıb.

“Ford” markalı avtomobil piyada, 1981-ci il təvəllüdlü Məhəmməd Ağamusa oğlu Rəşidovu vurub.

Ağır xəsarət alan zərərçəkəni sürücü Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq, M.Rəşidovun həyatını xilas etmək mümkün olmayıb.

O, xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir